Əks-göstəriş sertifikatının ALINMA QAYDALARI

02.09.2021 - 12:58

 

Əks-göstəriş sertifikatının ALINMA QAYDALARI

 

Səhiyyə Nazirliyi vaksinasiya olunmayan şəxslərin əks-göstəriş sertifikatı alması prosesində qaydaları açıqlayıb.

Nazirlikdən ildirilib ki, əks-göstəriş sertifikatı üçün vətəndaş qeydiyyatda olduğu ərazi poliklinikasına müraciət etməlidir: “Poliklinika həmin müraciət edən şəxsdən vaksinin əks-göstəriş olması üçün əsas tələb edir. Vətəndaş da bunun üçün poliklinikaya lazım olan epiqriz və ya digər sənədləri təqdim edir. Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və həmin qərarı vətəndaşa göndərir”.

Məlumatda bildirilir ki, komissiyadan müsbət cavab alan vətəndaş https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsilə qeydiyyatdan keçməlidir: “Qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir. Daha sonra vətəndaşlar sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda “Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=166485

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31