ƏHƏRİN YÜZBAŞLI KƏNDİNDƏKİ 1500 İLLİK ÇİNAR AĞACI

05.09.2021 - 12:10

ƏHƏRİN YÜZBAŞLI KƏNDİNDƏKİ 1500 İLLİK ÇİNAR AĞACI

Bildiyimiz kimi azərbaycan təkcə bakı, şuşa, kəlbəcər, sumqayıt vb… qitələr deyil. Azərbaycan o tayda yalnız başına min bir müsibətlə savaşan, dalaşan təbriz, zəngan, urmu, ərdəbil, xorasan, sulduz, maku və iraqda kərkük, tuzxurmatov vb… şəhərlərdir. Burada yadımıza Sabir Rüstəmxanlının MÜSTƏQİLLİK adlı şeiri düşür:

 

Müstəqillik! İlk inamım, ilk həsrətim!

Müstəqillik! Xalqın məslək bayrağıdır.

Müstəqillik – hər ölkənin, məmləkətin

Zülm, əsarət orbitindən çıxmağıdır!

 

Azərbaycan adı gələndə, hamı bilir ki, onun bəlkə təkcə ədəbiyyatı, milli sərvəti, musiqisi, mədəniyyəti vb… yox, Bəlkə azərbaycan həm də cənnət güşəsi kimi tanınır. Azərbaycanın müxtəlif əraziləri, muzeyləri, meşələri, torpaqları UNESCO-da və başqa dəyərli yerlərdə sübuta yetirilibdir. Ancaq bu günlər təəssüflə azərbaycanın gözəl yerlərini tanımağımıza az maraq göstəririk. Güney azərbaycanda sirrli meşələr və ağır xəzinəli muzeylər itib-batmaqdadırlar. Biz bu qərara gəldik ki, NAtv adında programımızla təbrizin gözəl yerlərini, iranda türk ərazilərini sizə tanıtdıraq.

Əhər şəhərindən 27 Km Xiyav şəhərinə getdikdə, sol tərəfdə YÜZBAŞLI kəndi adlı bir məkana gözümüz sataşdı. Kəndin adında tablo vurulan yerdən kəndin özünə qədər yolun asfaltı yox idi. Maşınımz oraya gedib çıxması biraz vaxt apardı. Kəndin adamlarından danışmaq istəsək, onlar çox səmimi idilər. Azərbaycan torpağında qonağa hörmət bəsləmək bir qayda-qanundur. Onlar da bu qayda-qanuna əsaslanaraq bizimlə səmimi davranırdılar. Biz kəndin içindən keçib kəndin dağlara sarı yönələn yoluna davam etdikdə çinar ağacının hündürlüyünü və gözəlliyini gördük. Bu, həqiqətən də 1500 illik bir ağac idi. Kənd əhlinin dediyinə görə bu ağacın təxminən 1000 və 1500 il ömrü olduğunu deyirlər. Ancaq iran respublikasının TƏBİİ İRS (MİRASİ-TƏBİİ) təşkilatında səhv axtarışlar nəticəsində bu ağaca təxminən 280-330 il ömrü veribdirlər. Ancaq kənd əhlinin yaşlı və qoca adamlarının danışdığına görə onlar deyirlər ki, biz uşaq olarkən babalarımız belə deyərdilər ki, bu ağacın kiçikliyini görməmişik. Deyirlər ki, babalarımız sinədən-sinəyə belə deyibdirlər ki, biz gözümüzü açandan bu ağac bu boyda idi. Ancaq 100 illər ərzində bu ağacın böyük budaqları quruyub düşübdür. Kənd əhlinin dediyinə görə ağacın yan tərəfindən bir çay axarmış. Ancaq bu ağac böyüdüyünə görə çayın suyunu gölləndirib canına çəkibdir. 20 il öncəyə qədər də bu ağacın yanından arx keçirmiş, ancaq indi oda yoxa çıxıbdır və çinar ağacı daha öz başına qalıbdır.

Üstdə budaqların hündürlüyünü sübut etmək üçün sizinlə onun şəkilini paylaşdıq.

Kənd əhlinin söhbətinə əsaslanaraq deyirlər ki, ağacın diametri 13-14 metrdir. Ancaq onun ucalığının neçə metr olduğundan heç kəsin xəbəri yoxdur.

Deməliyik ki, bu ağacın kölgəsindən minlərcə insan faydalanmışdısa, o, bizə də qismət oldu.

Dini inanclardan təsir alanda, tarix boyunda belə ağacların PİR AĞACI olduğunu da görürük, ancaq bu ağac heç cürə pir ağacı deyildir və indiyə qədər heç kim ondan nəzir-niyaz diləməyibdir. Bu ağac, sadəcə yaşı çox olduğu üçün təbii irs təşkilatında sübuta yetirilibdir. Təəssüflə belə gözəl bir ağacı çoxları tanımır və azərbaycanın təbii xəzinələri beləliklə itib-batır.

Bir də təəssüf yeri vardır ki, cavanlar bu ağacı özlərinə xatirə dəftəri edib üstündə adlarını və ya adlarının birinci hərfini yazıblar:

Sonunda deməliyik ki, hər azərbaycanlının bu gözəl ağacı yaxından görməyə və onun altında səyahət etməyə ehtiyacı vardır ki, öz tarixinin nə qədər böyük və dəyərli olduğunu başa düşsün.

Əhər şəhəri, yüzbaşlı kəndi.

Tədqiqat aparanlar: Nilufər Xəlili və Çağla Nurvəş

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=166546

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031