Elnur Əşrəfoğlu klinikaya yerləşdirildi – Vəziyyəti ağırdır

20.09.2021 - 17:32
Elnur Əşrəfoğlu klinikaya yerləşdirildi - Vəziyyəti ağırdır

 

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Jurnalistin müalicə aldığı “Yeni Klinika”dan “Report”a bildirilib ki, E.Əşrəfoğlunun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb.

“Onda kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir. Elnur Əşrəfoğlu 4 gün əvvəl klinikanın reanimasiya şöbəsinə köçürülüb. Xəstə hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Saturasiyası 70 faizdir, ümumi vəziyyəti qənaətbəxş deyil”, – klinikadan bildirilib.

ACF-nin baş katibi Elmar Babanlı isə “Report”a açıqlamasında E.Əşrəfoğlunun müalicə aldığı klinika və ailə üzvləri ilə daim əlaqədə olduqlarını bildirib. Onun sözlərinə görə, iş yoldaşının müalicəsi üçün bütün lazımi tədbirlər görülür: “Onun səhhəti daimi nəzarətdədir”.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra “Yeni Klinika”ya köçürülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=166933

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31