Azərbaycanlıların nikahda üstünlük verdiyi 5 ÖLKƏ – Bu ilin STATİSTİKASI

21.09.2021 - 14:12

Bu il əcnəbilər və vətəndaşlığı olmayanlarla nikaha girən azərbaycanlıların sayı açıqlanıb.

 

Ədliyyə Nazirliyindən  bildirilib ki, cari ilin yanvar-iyul aylarında qeydiyyat orqanları tərəfindən ümumilikdə 30.290 nikah dövlət qeydiyyatına alınıb:

 

“Qeyd edilən dövr ərzində nikaha daxil olan şəxslərdən 889-u əcnəbi və vətəndaşlığı olmayan şəxslərdir. Onlardan 493 nəfəri kişilər, 396 nəfəri qadınlardır”.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının vətəndaşlarının əcnəbilərlə nikahının qeydə alınması zamanı ilk beşlikdə Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, Ukrayna və Qazaxıstan Respublikasının vətəndaşları olub.

 

Qeyd edək ki, 2020-ci il pandemiya dövründə azərbaycanlılarla əcnəbilər arasında 588 nikah bağlanıb. 2019-cu ildə Azərbaycan vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında bağlanan nikahların sayı 2270 olub.  2018-ci ildə belə nikahların sayı 2256,  2017-ci ildə 2429 təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=166970

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31