Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusu olacaq

21.09.2021 - 14:15

Yeni tədris ilində I-XI siniflərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

 

Xatırladaq ki, sabah – sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq.

 

Orta ixtisas, peşə təhsili müəssisələri və universitetlərdə də tədris sentyabrın 29-dan əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək.

 

2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

 

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=166975

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31