Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək

24.09.2021 - 12:02

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri tələbə adını qazana bilib. Belə ki, 21856 nəfər dövlət sifarişi əsasında, 23005 nəfər isə ödənişli əsaslarla təhsil almaq imkanı əldə edib.

 

Əvvəlki illərlə müqayisədə son dövrdə ödənişli və dövlət sifarişli təhsil alanlar arasında say nisbətinin bu qədər azalması diqqət cəlb edən məqama çevrilib.

 

Bununla bağlı  danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Şahin Seyidzadə vurğulayıb ki, ödənişli əsaslarla ali məktəblərə qəbul olan tələbələr arasında sosial qayğıya ehtiyacı olan ailələrin övladları, təhsil xərclərindən azad edilən şəxslər də var:

 

“Bu gün 2021-2022-ci tədris ili üçün imtahan vermiş və ali məktəblərə qəbul olmuş tələbələrin təhsil ocaqlarında qeydiyyatı üçün son günüdür və biz ən dəqiq rəqəmləri bir neçə gün sonra əldə edə biləcəyik. Lakin ümumi mənzərəyə nəzər saldıqda ödənişli əsaslarla qəbul olan və dövlət sifarişli təhsil alacaq tələbələr arasında böyük say fərqi müşahidə etmirik. Bunu da qeyd etmək yerinə düşər ki, qəbul olan tələbələrin siyahısına sosial cəhətdən qayğıya ehtiyacı olan, təhsil haqqından azad edilən tələbələr də daxildir. Keçən il statistikasına uyğun olaraq, imtiyazlı tələbələrin sayı 17 mindən artıq idi. Bu tələbələr arasında şəhid ailələrinin övladları, valideynlərini itirən, sosial qayğıya ehtiyacı olanlar yer alırdı. Bu il də ödənişli əsaslarla qəbul olan minlərlə imtiyazlı tələbənin təhsil xərcləri dövlət tərəfindən qarşılanacaq”.

 

 

 

Ş. Seyidzadə qeyd edib ki, dövlət ali təhsilin əlçatanlığını təmin etmək və bütün təbəqələrin sosial təminatını yaxşılaşdırmaq məqsədilə yürütdüyü siyasətini davam etdirir:

 

“Ali məktəbə qəbul olan şəxslərin təhsil xərclərinə dəstək göstərilməsi üçün atılan addımlar bununla da kifayətlənməyib. Bu il ilk dəfə olaraq tələbə təhsil krediti tətbiq olunacaq və gözlənilən budur ki, həmin  kreditlər hesabına tələbələrin təhsil xərclərində də xeyli yüngülləşmə baş versin. Beləliklə, təhsil alanlar üçün yaradılan şəraitlər hesabına bu il ödənişli əsaslarla təhsil alacaq tələbələrin bir çoxu təhsil xərclərindən azad ediləcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167015

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031