İnternet sürətlərini seçmək imkanı verən xidmət aktivləşib

24.09.2021 - 14:47

Bir neçə gün öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib. Qiymət endirimindən sonra müvafiq internet sürətlərini əldə etmək üçün istifadəçilər müqavilədəki dəyişiklik məqsədilə rabitə qovşaqlarına dəvət edilirdi.

Artıq buna ehtiyac qalmayıb.

Ötən gündən nazirlik ADSL xidməti üzrə internet sürətini seçməyə imkan verən xidməti yenidən aktivləşdirib.

Əvvəldən bu xidmət mövcud olsa da, aktiv deyildi.

ADSL üzrə endirimə uyğun internet sürəti əldə etmək üçün istifadəçilər e-Gov.az portalında və ya NRYTN saytında e-xdimətlər içərisində “ADSL xidmətinə qoşulma” elektron xidmətini seçərək müvafiq dəyişiklikləri etməlidir.

İnformasiya Texnologiyaları üzrə ekspert Osman Gündüz deyib ki,  e-Gov.az portalı bərbad vəziyyətdədir:

“Bildiyim qədər nazirlik GPON, ADSL və digər texnologiyalar üzrə internet xidmətlərin vahid mərkəzdən təqdim edilməsi, xidmətlərdə dəyişiklik edilməsi imkanlarının yaradılması məqsədilə portal da hazırlayır.

ASAN-nın EHİM qurumu da hələlik nə MyGov -u tam işlək vəziyyətə gətirə bilib, nə də e-Gov.az-I  yeniləyə bilib. Hədsiz pərakəndəlik var bu sahədə”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167046

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930