Boşanmalar getdikcə adiləşir: Hər ay minlərlə ailəni dağıdan SƏBƏBLƏR

24.09.2021 - 15:09

Böyüklərimiz ailənin kiçik bir dövlət olduğunu deyərlər. Bu dövlətin düzgün qurulması üçün yola çıxdığın şəxslə birgə addım atarkən, hərtərəfli düşünməli və qərar verməlisən. Amma bəzi hallarda verilən qərarlara rəğmən, evliliklərin sonu boşanmalarla nəticələnir…

 

Artıq il yarımdan çoxdur ki, ölkədə karantin rejimi davam edir. Karantin qaydalarına uyğun olaraq uzun müddət iş yerlərinin qapadılması, psixoloji sarsıntı, uşaq bağçaları, orta və ali məktəblərdə virus təhlükəsilə əlaqədar təlim-təhsil dayandırılması ailə daxili münaqişələrin artmasına səbəb olan amillər kimi qiymətləndirilir.

 

Hələ pandemiya başladığı ilk vaxtlarda sosioloqlar bütün ailə üzvlərinin evdə cəmləşdiyini nəzərə alaraq, ailə-məişət zəminində münaqişlərin aratacağına xəbərdarlıq edirdilər. Açıqlanan son statistika bunun gerçəkliyini sübut edir.

 

Belə ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin birinci yarısında qeydiyyat şöbələri tərəfindən 23231 nikaha daxilolma və 8168 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

 

Pandemiya vəziyyətində boşanmaların sayının artmasının səbəbi nədir?

 

 

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məsələ ilə bağlı Modern.az-a bildirib ki, insanların informasiya əldə etmə imkanlarının artması da boşanmalara gətirib çıxarır:

 

“Boşanmaların artmasına tək pandemiya yox, hər şey təsir edə bilər. Uyğunsuzluq, psixoloji gərginliklər, pandemiyadan doğan çətin vəziyyət, çoxlu informasiyanın olması boşanmaların artmasına gətirib çıxarır. Ən əsası kənar müdaxilələr, ailələrin yersiz təsiri boşanmalarla nəticələnir. Kifayət qədər insan artıq ailə məsuliyyətini götürmək istəmir. Bu daha çox təsir edir”.

 

 

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə hesab edir ki, boşanmaların sayı təkcə Azərbaycanda deyil, bütün dünyada artmaqdadır:

 

“Boşanmalarda statistikanın artması tək bizdə yox, bütün dünyada müşahidə olunur. Bunan bir çox səbəbləri var. Əsas sosial faktor təsir edir. Pandemiya dövründə, xüsusilə sərt karantin rejimində insanların sosiallaşması bir qədər məhdudlaşdı, ev şəraitində psixoloji gərginlik artdı, müəyyən iqtisadi problemlər ortaya çıxdı. Bu halların getdikcə artması boşanmalarla nəticələndi”.

 

 

İnsanlar çıxış yolunu niyə boşanmaqda görür?

 

Komitə sədri suala cavabında deyib: “Bu proses bütün dünyada belədir. Əvvəlki ənənəvi ailə institutu dəyişib, yeni formalara keçib. Əvvəllər ailədə kişi hegemon, söz sahibi idisə, valideyn qızını ərə verəndə oradan “ağ kəfəndə” çıxacaqsan deyirdisə, indi həmin ənənələr qırılır. Qloballaşma bütün dünyaya təsir etdiyi kimi Azərbaycana da təsir edir. Əvvəllər boşanmalar artmasın deyə, mübarizə aparırdılarsa, indi buna adi bir hal kimi qəbul edirlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167050

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031