Saat 12-00-da bütün yollarda hərəkət dayandırılacaq

27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılacaq.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=167102