Bakıda 9-cu sinif şagirdindən 60 qəpiyə görə ŞOK ƏMƏL

28.09.2021 - 13:45

 

Bakıda 9-cu sinif şagirdindən 60 qəpiyə görə ŞOK ƏMƏL

 

Bu ilin 28 mart tarixində Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində mağaza sahibinin bıçaqlanması hadisəsinin təfərrüatları məlum olub.

Hadisəni törədən 16 yaşlı Məmməhod Nihat Mail oğlu (şərti adlı) ifadəsində hadisəni 60 qəpiyə görə törətdiyini deyib.

Belə ki, 28 saylı orta məktəbin 9-cu sinif şagirdi olan yeniyetmə daim nisyə mal aldığı qonşuluqdakı mağazaya gəlib. O, mağaza sahibindən ona 60 qəpiklik günəbaxan tumu və bir neçə siqaret verməsini xahiş edib. Mağaza sahibi isə “rədd ol burdan, nağd alanda başqa marketə gedirsən, nisyə olanda isə bura gəlirsən” deyib. Bundan sonra yeniyetmə bıçaqla mağaza sahibinə hücum edib və ona ağır xəsarətlər yetirib.

Yeniyetmə hadisədən sonra “Neftçilər” metrostansiyası yaxınlığına gedib və telefonunu söndürüb. O, bir neçə gün parklarda gecələdikdən sonra Maştağaya evlərinə qayıdıb və atası oğlunu polisə təhvil verib.

Xoşbəxtlikdən mağaza sahibinin həyatını xilas etmək mümkün olub.

Məhkəmə hadisə törədən şəxsin yetkinlik yaşına çatmamasını, peşmançılıq çəkmsini və sair halları nəzərə alaraq ona güzəşt edib və şərti cəzaya məhkum edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167182

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930