Həbsdə olan sabiq icra başçısının vəziyyəti ağırlaşdı

01.10.2021 - 13:09

Həbsdə olan sabiq icra başçısının  vəziyyəti ağırlaşdı

 

Koronavirusa yoluxan Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev süni nəfəs aparatına qoşulub.

Bu barədə Qaynarinfo.az-a onun vəkili Leyla Məmmədova məlumat verib.

Vəkil bildirib ki, hazırda Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan Mahir Quliyevin vəziyyəti biraz da ağırlaşıb. Ağzından, burnundan nəfəs ala bilmədiyi üçün IVL aparatına qoşulub.

Qeyd edək ki, Mahir Quliyev 2006-2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin, 2011-2020-ci illərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyat zamanı saxlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167231

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031