Azərbaycanda ən çox bu vaksinə etibar edilirmiş…

02.10.2021 - 10:37

Modern.az saytının sentyabr ayı ərzində keçirdiyi “Hansı vaksinə etibar edirsiniz?” adlı sorğusu yekunlaşıb.

Nəticələrdən belə məlum olur ki, sorğuda iştirak edən oxucuların böyük əksəriyyəti “Sinovac” və “Pfizer” vaksinlərinə üstünlük verirlər.

Belə ki, rəy bildirənlərin 47,3%-i Çin istehsalı olan “Sinovac” vaksinini bəyənir.

37,6 faiz oxucu isə ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkətinin birgə istehsalı olan “Pfizer” vaksininə səs verib.

Rəy bildirən oxucuları 7,66%-i Rusiyada buraxılan “Sputnik V” vaksinə etibar edib.

7,34% isə Britaniyanın kəşf etdiyi və İsveçrədə istehsal olunan AstraZeneca” vaksinini bəyənir.

Sorğuda ümumilikdə 10 minədək oxucu iştirak edib.

Xatırladaq ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya 2021-ci il yanvarın 18-dən başlanıb. Ölkəmizdə yuxarıda adları çəkilən 4 vaksindən istifadə olunur.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 2020-ci ilin 28 fevralında qeydə alınıb.

Dünənə olan məlumata görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 8 623 360-dır. Bunlardan birinci doza üzrə peyvənd olunanların ümumi sayı 4 778 843, ikinci doza üzrə peyvənd olunanların sayı isə 3 844 517 təşkil edir.

İndiyədək ölkədə ümumilikdə 484 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 738 nəfər müalicə olunaraq sağalıb, 6543 nəfər vəfat edib, aktiv xəstə sayı 17 310 nəfərdir.

Mütəxəssislər deyirlər ki, hazırda vəziyyətdən ən yaxşı çıxış yolu virusa qarşı peyvənd olunmaqdır.

Amma vaksin vurdurmaqla da kifayətlənmək olmaz. Çünki mütəxəssislərin rəyinə görə, vaksin yoluxmadan qorumur, xəstəliyi yüngül keçirməyə kömək edir, ölməyə qoymur.

İndi koronavirusla mübarizədə ən əsas tələblər bunlardır: maska taxmaq, sosial məsafə gözləmək, əlləri tez-tez spirtləmək – sabunla yumaq və vaksin vurdurmaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=167254

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31