Yağış ən çox bu rayonlara yağıb – Faktiki hava

07.10.2021 - 14:41

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 7-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb, yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artmışdır.

Düşən yağışın miqdarı Zaqatala, Astarada 30.0 mm, Lerikdə 26.0 mm, Vəlvələçay-Təngəaltı, Balakən, Ağstafada 21.0 mm, Tovuzda 20.0 mm, Quba, Qusarda 19.0 mm, Oğuzda 17.0 mm, Şəki, Kişçayda (Şəki) 16.0 mm, Yardımlıda 15.0 mm, Altıağacda 14.0 mm, Nabranda 13.0 mm, Şabranda 11.0 mm, Sarıbaşda (Qax) 10.0 mm, Qəbələdə 9.0 mm, Gədəbəydə 7.0 mm, Girdimançay-Qaranohur, Xaltan, Cəfərxan, Şəmkir, Şirvan, İsmayıllı, Ağsu, Cəfərxan, Ceyrançöldə 6.0 mm, Xınalıq, Ləzə, Lənkəranda 5.0 mm, Göygöl, Beyləqan, İmişli, Xaçmazda 4.0 mm, Şahdağ, Ağdərə (Ordubad), Sabirabad, Daşkəsəndə 3.0 mm, Qrız, Gəncə, Ağdam, Göyçay, Tərtər,Zərdabda 2.0 mm, Naxçıvan, Şərur, Sədərək, Bərdə, Mingəçevir, Salyan, Yevlax, Kürdəmir, Neftçala, Biləsuvar, Naftalan, Qazıməmməd, Bakıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 8 sm, Xınalıqda 4 sm, Qrızda 2 sm, Ləzədə 1 sm olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=167409

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31