Bu mesajlara ALDANMAYIN! – Nazirlikdən XƏBƏRDARLIQ

08.10.2021 - 17:08

 

Bu mesajlara ALDANMAYIN! - Nazirlikdən XƏBƏRDARLIQ

 

Vətəndaşlara e-poçt üzərindən müxtəlif hərbi təlimlərin keçirildiyi ilə bağlı saxta məktublar göndərilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  verilən məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti elektron poçt üzərindən həyata keçirilən daha bir “fişinq” kampaniyasını qeydə alıb. Belə ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə müxtəlif hərbi təlimlərin keçirildiyi bildirilir. Qeyd olunur ki, həmin təlimləri canlı izləmək üçün Dövlət Mülki Aviasiya Agentliyi Müdafiə Nazirliyi ilə birlikdə “Sarsılmaz qardaşlıq – 2021” proqramını hazırlayıb. Saxta məktubda həmin proqramın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edildiyi vurğulanır.

Daha sonra istifadəçidən saxta məktuba əlavə edilən keçidə daxil olması və proqramı yükləməsi istənilir. Həmin keçiddə isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub proqramı yükləyən istifadəçinin cihazı yoluxur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir. Məqsəd müxtəlif sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri zərərli keçidlərə daxil olmağa vadar etməklə cihazlarını yoluxdurmaq və fərdi məlumatlarını ələ keçirməkdir.

Vətəndaşlara tövsiyə olunur ki, bu kimi məlumatlara etimad etməsinlər. İlk öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Tanımadıqları şəxslərdən göndərilən heç bir keçidə daxil olmasınlar və hər hansı faylı yükləməsinlər.

Bununla yanaşı, e-poçtdan təhlükəsiz istifadəyə dair Elektron Təhlükəsizlik Xidməti tərəfindən hazırlanan təlimatda göstərilən tövsiyələrə əməl etsinlər:

“E-poçtdan təhlükəsiz istifadəyə dair” təlimat: https://cert.az/news/2020/elektron-poctdan-tehlukesiz-istifadeye-dair-telima

Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdiklərində www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167471

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930