Banklardan gələn “zənglər” – Tələyə düşməmək üçün nə edək…

11.10.2021 - 15:18

Son günlər bank fırıldaqçılarının vətəndaşlara etdikləri virtual zənglərlə bağlı şikayətlərin, narazılıqların ardı-arası kəsilmir.

 

Özünü bankın nümayəndəsi kimi təqdim edən şəxs vətəndaşdan kartının güvənliyinin qorunması məqsədilə PİN kodunu istəyir. Bəziləri buna inanmasa da, digərləri öz şəxsi kart məlumatlarını qarşı tərəfə ötürür və nəticədə oğrular istəklərinə nail olurlar.

 

Hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov Modern.az-a bildirib ki, bu, əhalinin maliyyə, hüquqi savadsızlığından irəli gəlir:

 

“Burada hamımızda günah var. Bankların da, ekspertlərin də, mətbuatın da günahı var ki, insanları vaxtında məlumatlandırmırlar. Yəni insanlar bilmir ki, bank istifadəçiyə mesajla məlumat verə bilər, amma heç vaxt məlumat istəməz. Təəssüf ki, insanlarımızda bu barədə məlumat çox azdır. Bunun qarşısını almaq üçün tək çarə əhalini məlumatlandırmaqdır.

 

Eyni zamanda, insanları məlumatlandırmaq üçün sosial reklamlardan istifadə etməlidir. Televiziya, radio, sosial şəbəkə vasitəsi ilə reklamlar sərgilənməlidir ki, bankla bağlı bütün işlər bankın ofisində aparılır, online qaydada yox. Bu reklam da daim getməlidir”.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi əhaliyə müraciət edərək, heç bir halda bank məlumatlarını qarşı tərəflə bölüşməməyə çağırıb:

 

“Vətəndaşlara tövsiyə edirik ki, tanımadığınız şəxslərə bank kart məlumatlarını ötürməyin, müştərisi olduğunuz banklara sizin bank kart məlumatlarınız lazım deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167488

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930