Gəncə qırğınında 26 mülki şəxs həlak olub – Baş Prokororluq 

11.10.2021 - 15:31

Azərbaycan Respublikasının Baş Prokurorluğu İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin sülh və insanlıq əleyhinə cinayətlər törədərək, Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncəni raket atəşinə tutmasının birinci ildönümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun məlumatında ötən il oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində 26 mülki şəxsin həlak olduğu, 175 nəfərin isə xəsarət aldığı bildirilib.

“Təqsirkar şəxslərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunmasından ötrü lazımi tədbirlərin görülməsi davam etdirilir. Gəncə şəhərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində həlak olmuş soydaşlarımızı hörmətlə anırıq”, – deyə Baş Prokurorluğun məlumatında qeyd edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=167493

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31