28 May tarixi Müstəqillik günü oldu

15.10.2021 - 13:08

Milli Məclisin bugünkü iclasında “Müstəqillik günü haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.


Qanun layihəsi öncə müzakirəyə çıxarılıb.

Layihədə 28 May tarixinin “Müstəqillik günü”, 18 Oktyabr tarixinin isə “Müstəqilliyin bərpası günü” adlandırılması təklif edilib.

İndiyə qədər Azərbaycanda 28 May Respublika günü kimi qeyd edilib və qeyri-iş günü sayılıb. Yeni qanun layihəsinə əsasən, 28 May – Respublika gününün adı dəyişdirilib və bundan sonra “Müstəqillik günü” kimi qeyd ediləcək.

18 Oktyabr isə indiyə kimi Dövlət Müstəqilliyi günü kimi qeyd olunurdu və bu gün rəsmi iş günü hesab edilir. Dəyişiklikdən sonra 18 Oktyabr “Müstəqilliyin bərpası günü” adlandırılacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=167633

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31