Şəhid anası hökumətdən uşaqpulu xahiş etdi – VİDEO

18.10.2021 - 12:50

Şəhid Ruslan Abbasovun il mərasimində şəhid analarından biri hökumətə müraciət edərək övladını çətinliklə böyüdən ailələrə uşaq pulu verilməsini təklif edib.

 

Ana mərasimdə iştirak edən deputata üzünü tutaraq səsini ölkə rəhbərliyinə çatdırmağı xahiş edib:

 

“Mən şəhid analarımızın adından müraciət etmək istəyirəm. Şəxsən mən müəllimə idim, işləyirdim, yoldaşım da müəllim idi, amma övladımı çox çətinliklə böyütmüşdüm. Amma elə ailələr var ki, orada analar işləmir, atalar xəstədir, nəsə problemi var. Bizdən keçdi, heç olmasa, cavan analara uşaq pulu ayrılsın. Çox yox, heç olmasa 30,40, 50, 60 manat… Heç olmasa uşağının südünü ala bilsin. Dövlətimizdən xahiş edirəm, gənc analara dəstək olun, uşaq pulu verin. Mən yorğan-döşəyimin üzünü, astarını satmışam, yununu satmışam, qulağımın sırğasını satmışam, övlad böyütmüşəm. Dövlət vaxtında mənə dəstək olmadı, yerdə qalanlara dəstək olsun, bu qazilərimizə dəstək olsun. Bunu istəyirəm. Çünki vətənin ən dar, çətin günündə o kasıb balalar ayağa qalxır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=167662

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31