Məktəblərdə summativlər ləğv olunur? – RƏSMİ CAVAB

20.10.2021 - 09:11

Hazırda ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları ilə bağlı dəyişiklik nəzərdə tutulmayıb.

 

Bu barədə Təhsil Nazirliyindən  bildirilib.

 

Qeyd edilib ki, qaydalarda dəyişiklik olduğu təqdirdə bütün ümumi təhsil müəssisələrinə və ictimaiyyətə müvafiq məlumatlar veriləcək.

 

Məlumat üçün bildirək ki, təhsilalanların məktəbdaxili qiymətləndirməsi (summativlər) Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” ilə tənzimlənir.

 

Qeyd edək ki, kurikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətləri 3 formada – diaqnostik, formativ və summativ qiymətləndirmə formasında qiymətləndirilir.

 

Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmə əsasında şagirdlərin illik qiymətləri formalaşır.

Short URL: http://www.cumhuriyyet.net/?p=167729

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31