Səhiyyə Nazirliyinin infeksionisti: “Həmin vətəndaşlar virusa yenidən yoluxa bilər”

20.10.2021 - 17:27

Ölkədə 5 milyona yaxın vətəndaş koronavirus əleyhinə peyvənd vurdurub. Vaksinlərin müşahidə edilən yan təsirlərinin əksəriyyəti yüngül dəyərləndirilir. Həmin yan təsirlər maksimum 2-3 sutka ərzində keçib gedir.

Bu barədə Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov nazirliyin instaqram səhifəsində “COVID-19 peyvəndləri” mövzusunda danışarkən deyib.

Mütəxəssis bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə xəstələnmə peyvənd olunmaq üçün əngəl deyil:

“Vətəndaşın koronavirusa yoluxması rəsmi olaraq qeydiyyata alınıbsa, o, sağaldıqdan 6 ay sonra vaksinasiyadan keçməlidir. Araşdırmalar göstərir ki, vaksinasiyadan və ya xəstələndikdən 6 ay sonra orqanizmdə yaranan immunitet zəifləməyə başlayır. Ona görə də həmin vətəndaşlar virusa yenidən yoluxa bilər. Xəstəlik keçirən peyvənd olunarsa, onda əmələ gələn immunitet daha güclü olar. Koronavirus infeksiyası ilə xəstələnmə peyvənd olunmaq üçün əngəl deyil: “Vətəndaşın koronavirusa yoluxması rəsmi olaraq qeydiyyata alınıbsa, o, sağaldıqdan 6 ay sonra vaksinasiyadan keçməlidir. Araşdırmalar göstərir ki, vaksinasiyadan və ya xəstələndikdən 6 ay sonra orqanizmdə yaranan immunitet zəifləməyə başlayır. Ona görə də həmin vətəndaşlar virusa yenidən yoluxa bilər. Xəstəlik keçirən peyvənd olunarsa, onda əmələ gələn immunitet daha güclü olar. Onu da qeyd edim ki, hansısa xroniki xəstəliyin kəskinləşdiyi dövrdə peyvənd vurdurmaq tövsiyə edilmir. Belə olan halda, birinci və ya ikinci doza peyvəndin vurulması bir müddət sonraya saxlanıla bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167767

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031