Deputat erməni dili kurslarını açmaqdan vaz keçdi

“Qarabağa dönüş” İctimai Birliyinin (İB) erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək məqsədilə erməni dili kursları təşkil edəcəyini gözlənilirdi.
Bu barədə bir müddət öncə İctimai Birliyin sədri, Milli Məclisin Xankəndidən olan deputatı Tural Gəncəliyev bildirmişdi.
Modern.az saytının əməkdaşı erməni dili kursları ilə bağlı məsələnin nə yerdə olduğunu öyrənmək üçün “Qarabağa dönüş” İctimai Birliyi ilə əlaqə saxlayıb.
Deputatın qərargahından verilən məlumata görə, erməni dili kurslarının təşkil olunması nəzərdə tutulsa da, ictimaiyyət arasında yaranan narazılıqlara görə məsələ gerçəkləşməyəcək:
“Biz düşmənin dilini öyrənmək istəyənlərə kömək etmək istədik. Amma bu məsələ ictimaiyyət tərəfindən qınanıldı. Məsələnin birmənalı qarşılanmadığını nəzərə alaraq, erməni dili kurslarının təşkili ilə bağlı işlər dayandırıldı”.
Short URL: http://www.cumhuriyyet.net/?p=168019