1 həftədə metroda cərimələnənlər – 70 500 manat

02.11.2021 - 18:02

Ötən həftə Bakıda metro stansiyalarında tibbi maskadan istifadə etməyən 705 sərnişin barəsində tədbir görülüb.

 

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

Şöbə rəisi bildirib ki, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktik tədbirləri gücləndirib:

 

“Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Stansiyalarda, platformalarda və vaqonlarda ötən bir həftədə 705 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq. Tədbirlər fasiləsiz davam etdirilir”.

 

Xatırladaq ki, karantin rejiminin tələblərinə görə metroda maskadan istifadə məcburidir. Bu qaydanı pozan şəxslər fiziki şəxslər yüz manat, vəzifəli şəxslər üç yüz manat, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

Bu baxımdan 705 nəfərin cərimələnməsi 70 500 manat məbləğində vəsait deməkdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=168034

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31