Hava dəyişəcək: leysan, qar yağacaq – XƏBƏRDARLIQ

Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi haqqında rəsmi məlumat yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmməova bildirib ki, noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Nazirlik rəsmisinin sözlərinə görə, bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. O, həmçinin deyib ki, çaylarda sululuğun artacağı gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=168049