Zığda tikinti işləri dayandırılmalıdır – Nazirlikdən xəbərdarlıq

15.11.2021 - 13:32

Günəşli yaylasından Zığa tərəf uzanan yamac boyu tikintilərin qarşısı alınmalıdır. Çünki yamac kəsiləndə, süxurların dayanıqlılığı itir və sürüşmə prosesləri aktivləşir.

 

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

 

Onun sözlərinə görə, Zığ köhnə sürüşmə zonasıdır. Mövsümdən asılı olaraq yağışlar artan kimi orada proseslər aktivləşir.

 

Ə.Əliyev qeyd edib ki, Suraxanı Rayon İcra Hakimiyyətinin məktubu əsasında Nazirlər Kabinetinin göstərişi ilə orada müvafiq araşdırmalar aparılıb və rəy verilib. Amma müəyyən çatlar var və mövsümlə əlaqədar dinamik dəyişikliklər baş verir.

“Evlərdə əvvəlcədən çatlar var idi. Davamlı olaraq bizə hər ay 3-4 şikayət məktubu gəlir. Biz də həmin şikayətləri araşdırırıq. Təbii ki, orda müəyyən bərkidilmə işləri görülüb və görülməkdə də davam edir. Tikinti işlərinin aparılmasına görə rəyi biz vermirik. Bu, bizim səlahiyyətimizə aid məsələ deyil. Sadəcə həmin ərazinin sürüşmə zonası olub-olmamasını müəyyənləşdiririk. Hətta Nazirlər Kabinetinə ünvanladığımız sonuncu məktubda görülməli olan tədbirlər siyahısında ilk növbədə qeyd etmişik ki, burada yamac kəsilmələrinin qarşısı birmənalı olaraq dayandırılmalıdır. Bu haqda dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyəti də məlumatlandırılıb. Günəşli yaylasından Zığa tərəf uzanan yamac boyu tikintilərin qarşısı alınmalıdır. Çünki yamac kəsiləndə, süxurların dayanıqlılığı itir və sürüşmə prosesləri aktivləşir. Həmçinin sürüşmənin qarşısının alınması üçün kanalizasiya şəbəkələrindən su axını dayandırılmalı, drenaj yolu ilə yeraltı və texnogen sular toplanılmalıdır. Lakin işlərin icrası nazirliyin səlahiyyətində deyil. Davamlı olaraq görülməli tədbirlər barədə müvafiq qurumlar məlumatlandırılır, ” – xidmət rəhbəri bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=168237

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31