Sabah hava əksər insanlar üçün əlverişsiz olacaq – PROQNOZ

15.11.2021 - 13:39

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq.

 

Bakıda gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

 

Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=168246

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31