Nazirliyin qarşısında aksiya – Saxlanılan YOXDUR

19.11.2021 - 12:55

Bu gün noyabrın 19-da saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, onlara Nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib:

 

“Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu zaman heç bir instident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=168300

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31