Qazilərin əlillik qrupu hansı halda dəyişdirilir?

19.11.2021 - 13:21

Bir sıra hallarda qazilər əlillik qruplarını dəyişmək üçün müraciət edir.

 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülmüş işlərə dair mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, müraciətlərə hərbi komissiyada baxılır:

“Proses tam şəffaf aparılır. Müxtəlif təşkilatların nümayəndələri də iştirak edir. Orada qaziyə əlillik dərəcəsinin hansı meyarlara əsasən təyin edildiyi barədə məlumat verilir. Əgər səhhətlərində ağırlaşmalar varsa, təbii ki, qrupu dəyişdirilir. Elektron qiymətləndirmə aparılarkən səhv ola bilər, amma hərbi komissiyada əyani olaraq təyin edilir. Burada əlillik dərəcəsinin yanlış təyinatı ehtimalı çox azdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=168308

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31