“TikTok”da narkotiki təbliğ edən yeniyetməyə XƏBƏRDARLIQ

19.11.2021 - 16:10

Bir neçə gün öncə “TikTok” platformasında “ll@amid52” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.

 

DİN-dən  verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməlyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib.

 

O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.

 

Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonun səhifəsindən silib.

Short URL: http://www.cumhuriyyet.net/?p=168312

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31