Azyaşlı övladını küçəyə atan ana ilə bağlı araşdırma BAŞLADI

23.11.2021 - 12:27

Tovuzda gecə saatlarında bir qadın və azyaşlının küçədə çəkilən görüntüləri müzakirələrə səbəb olub.

 

Fotonun rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkildiyi bildirilib. İlkin məlumata görə, şəkildəkilər ana və övladıdır.

 

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ qurumun nəzarətindədir. Hazırda monitorinq qrupu ilə birgə araşdırma aparılır.

 

İlkin ehtimala görə, qadının əqli problemləri olduğu, buna görə də uşağı küçədə gecələməyə məcbur etdiyi iddia edilir.

 

Məlumata görə, qadın gecə saat 2-3 radələrində azyaşlı övladını küçəyə gətirir, üstünü örtərək özü evinə gedir.

Short URL: http://www.cumhuriyyet.net/?p=168337

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31