Bu universitetdə 100-dən çox tələbə koronavirusa YOLUXUB

“Sentyabrın 29-dan ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub. Lakin aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb”.
Bunu ali məktəbin mətbuat katibi Cavid Hüseynov deyib.
Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib:
“Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb”.
Short URL: http://www.cumhuriyyet.net/?p=168340