Narkomanların 40-45 faizi qadın və uşaqlardır – Komitə sədri

30.11.2021 - 17:46

Hazırda bəşəriyyəti düşündürən qlobal problemlərdən biri də narkomaniyadır. Dünyada 2 milyon narkoman var ki, onların 40-45% qadın və uşaqlardır”.

Bunu Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

 

Onun sözlərinə görə, beynəlxalq statistikaya əsasən gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır:

“Əfsuslar olsun ki, ölkəmizdə bu bəladan əziyyət çəkən insanlar var və onların sayı az deyil. Düşünürəm ki, bu istiqamətdə görülən işlərə bizdə öz töhfəmizi verməliyik. Elə bugünkü görüşümüzün məqsədi də mövzunu müzakirə etmək, problemin həlli istiqamətində təkliflər hazırlamaqdır. Bu baximdan mən ilk növbədə belə bir şəraiti yaratdığına görə Milli Məclisin rəhbərliyinə, şəxsən hörmətli spikerimizə, Sahibə xanıma təşəkkür edirəm.

Dövlətimiz bu istiqamətdə, yəni narkomaniyaya qarşı mübarizə ilə bağlı çox ciddi tədbirlər həyata keçirir. Xüsusilə, son dövrlərdə hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi narkomaniya ilə mübarizə sahəsində əməliyyat işləri və maarifləndirmə layihələri həyata keçirir. Qeyd etməliyəm ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ı qəbul olunub və hazırda icra olunur, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu və digər qanunvericili aktları qəbul edilib. Dövlətimiz narkomaniya ilə mübarizə sahəsində bir çox beynəlxalq konvensiyalara qoşulub. Yəni dövlətimiz tərəfindən lazım olan əksər qanunvericilik aktları qəbul olunub və bu aktların icrası uğurla həyata keçirlir. Baxmayaraq ki, narkomaniya ilə bağlı qanunvericilik aktlarımız var ancaq bu qanunların, o cümlədən narkomanıya bəlasının fəsadları ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə ehtiyac vardır. Və bu işlər xüsusi mütəxəssislər cəlb etməklə müasir və ideoloji formada aparılmalıdır.
Ailə insanın həyatında və sosial normaların və dəyərlərin inkişafında çox vacib rol oynayır. Burada yaranan problemlər şəxsiyyət xüsusiyyətlərinə təsir edir. Təcrübə göstərir ki, ailədə bir nəfərin narkomaniyaya düçar olması, bütövlükdə ailənin məhvinə səbəb olur.
Ailədaxili münaqişələrin, məişət zəminində zorakılığın artması, xəstə uşaqların doğulması, əgər uşaq sağlam doğulsa belə ailədə yaşadığı anormal həyat onun psixologiyasına çox pis təsir göstərir. Aldığı travma isə bəzən ömür boyu onu izləyir. Bu mühitdə böyüyən uşaqlar isə imkan tapan kimi ailədən qaçır və ya onlar da bu yolu seçirlər. Qeyd etdiyim bu məsələlər, aysberqin görünən tərəfidir. Narkomaniyanın ailə institutuna və insan həyatına mənfi fəsadları daha çox və dərindir. Burada əlbəttə ki, mənəvi dəyərlərin təbliğinin roluna xüsusi ilə toxunmaq istərdim. Çünki narkomaniya mənəvi və əxlaqi dəyərlərə də ciddi zərbədir. Bu barədə hörmətli Mübariz müəllim fikirlərini bildirəcək”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168493

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031