3 hərbçi Şəhidlər Xiyabanında dəfn edilmədi

Dövlət Sərhəd Xidmətinin helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən 11-i II Şəhidlər xiyabanında dəfn edilib.
Ailələrinin istəyilə 3 şəhid hərbçi – polkovnik Cavadov Fizuli Əli İbram oğlu Zirədə, kapitan Əliyev Xəyyam Əlixan oğlu Əmircanda, baş leytenant Nağıyev Fərid Təyyar oğlu isə Beyləqanda dəfn olunub.
Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=168519