Metroda telefon oğurladı – TUTULDU

Metroplitendə Polis Şöbəsinə noyabrın 24-də “Gənclik” stansiyasında Bakı şəhər sakini Ş.Rəcəbovanın mobil telefonunun oğurlanması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini A.Xəlilov müəyyən edilərək saxlanılıb.
Rəsmi məlumata görə, araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=168550