Türkiyədə təhsil alacaq Şəhid övladlarının xərclərini qardaş ölkə ÖDƏYƏCƏK

13.12.2021 - 12:29

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “YAŞAT” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı gələn ildən etibarən şəhid övladlarının Türkiyədə təhsil ala biləcəkləri barədə məlumat verib.

 

O qeyd edib ki, bununla bağlı Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsi ilə birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq.

 

Türkiyə millət vəkili Şamil Ayrım məsələni  şərh edərkən deyib ki, gələn ildən etibarən Türkiyədə şəhid övladlarının təhsil səfərbərliyi başlayacaq:

 

“Öncə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Türkiyə xalqı olaraq qardaş ölkənin şəhid ailələrinə əlimizdən gələn hər köməyi etməyə hazırıq.

Bildiyim qədəri ilə gələn ildən etibarən Türkiyədə şəhid övladlarının təhsil səfərbərliyi başlayacaq”.

 

 

“Qeyd edim ki, Azərbaycanda bir iclas oldu və orada 20 universitetin rektoru iştirak etdi. Türkiyənin Aydın Universitetinin rektoru Mustafa Aydın həmin iclasda dedi ki, Türkiyə şəhid övladlarına həm təhsil verib, həm də bütün təhsil xərclərini ödəyəcək.

Eyni zamanda bildirim ki, Türkiyədə təhsil almış şəhidlərin adları universitetlərdə sinif otaqlarına verilib”, – deyə Ş.Ayrım bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168665

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031