“Azərsu” bu rayonda yeni layihənin icrasına başladı – FOTO

13.12.2021 - 16:40

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Suraxanı rayonunda əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.

 

“Azərsu”dan verilən məlumata görə, Rayonun Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsində yaradılan infrastruktur tullantı suların ekoloji tələblərə uyğun idarə olunmasını təmin edəcək, eyni zamanda yağıntılar zamanı subasma hallarının qarşısını alacaq.

 

Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayıb. Tullantı suları əhali tərəfindən fərdi qaydada çəkilmiş xətlər vasitəsilə kənarlaşdırılıb. Primitiv xətlər tikinti normalarına cavab vermədiyindən tullantı sularının idarə olunmasında problemlər yaranırdı. Xüsusilə intensiv yağıntılar zamanı vəziyyət daha da çətinləşirdi. Atamoğlan Rzayev küçəsi çökək ərazidə yerləşdiyindən yağıntılar zamanı tez-tez subasma halları baş verirdi.

 

Burada yaranan tullantı sularının mərkəzləşdirilmiş şəkildə toplanıb kənarlaşdırlmasını təmin etmək məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və yeni infrastrukurun qurulmasına başlanılıb. Layihəyə əsasən müxtəlif diametrli borularla 1,3 km uzunluğunda tullantı su xətləri inşa edilir. Yeni yaradılan şəbəkədən 1000-dək ünvana birləmə veriləcək. Eyni zamanda yeni şəbəkə yaxınlıqdan keçən 500 mm diametrli mövcud kollektora birləşdiriləcək.

 

Tullantı sularının optimal idarə edilməsi məqsədilə həyata keçirilən bu layihə əhalinin məişət şəraitinin yaxşılaşdırmaqla yanaşı, ərazidə ekoloji təhlükəsizliyin təminatı baxımdan mühüm əhəmiyyət kəsb edir.

 

"Azərsu" bu rayonda yeni layihənin icrasına başlayıb (FOTO) - Gallery Image "Azərsu" bu rayonda yeni layihənin icrasına başlayıb (FOTO) - Gallery Image "Azərsu" bu rayonda yeni layihənin icrasına başlayıb (FOTO) - Gallery Image "Azərsu" bu rayonda yeni layihənin icrasına başlayıb (FOTO) - Gallery Image

Short URL: http://www.cumhuriyyet.net/?p=168675

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728