Bakı metrosunun sərnişinləri azalıb

2021-ci ilin yanvar-noyab aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 101,1 milyon ton yük, 1006,3 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,1 faiz artım, sərnişin daşınmasında isə 2,0 faiz azalma qeydə alınıb.
Sərnişinlərin 92,0 faizi avtobus, 8,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 6,8 faiz artıb, sərnişin dövriyyəsi isə 4,1 faiz azalıb.
Bundan əlavə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 3,5 faiz azalaraq 72,1 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 1003,3 min və ya 81,2 faiz çox sərnişin daşınıb. Daşımaların 99,4 faizi dövlət, 0,6 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 18,4 faiz artaraq 471,3 min ton olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=168763