“Qiymət artımları davam edəcək” – “Kənd təsərrüfatı yarmarkalarını bərpa etmək lazımdır”

16.12.2021 - 14:48

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 10 ayında infilyasiya 6.2 faiz olub. Bu, 2017-ci ildən sonra ən yüksək illik rəsmi infilyasiya göstəricisidir. Rəsmi statistikaya əsasən, bu il ərzində bütün aylar üzrə əvvəlki aya nisbətən illik infilyasiya səviyyəsi daha yüksək olub. 

Belə ki, ilə rəsmi 2.7 faizlik illik infilyasiya ilə başlanılsa da bu rəqəm 10 ayda 3 dəfə bənd daha artıb. Komitənin hesablamalarına görə, ərzaq məhsullarının qiyməti daha çox yüksəlib.

Belə ki, infilyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olub. Noyabr ayında qiymət səviyyəsi əvvəlki ilin uyğun ayı ilə müqayisədə 11,1 faiz çox olub.

Deputat, iqtisadçı Vüqar Bayramov bildirir ki, rəsmi infilyaisya rəqəmi istehlak bazarında qiymətlərin optimallaşdırılması üçün daxili təklifin artırılması və fermerlərin paytaxt bazarlarına çıxışının təşviq edilməsinə ehtiyacın olduğunu göstərir. 

Millət vəkili hesab edir ki, qarşıdan bayram günlərin gəldiyini nəzərə alsaq paytaxtda mütəmadi fermer yarmarkaların təşkili məqsədəuyğun olardı.

“Bu zaman xərclərin bir hissəsinin o cümlədən nəqliyyat xərclərinin yerli icra hakimiyyəti orqanları və müvafiq mərkəzi icra hakimiyyəti qurumu tərəfindən qarşılanmasına ehtiyac var”,-iqtisadçı vurğulayıb.

Vüqar Bayramov deyir ki, digər tərəfdən, ilkin proqnozlara görə, gələn ilin birinci yarısında da dünya bazarında qiymət artımları davam edəcək: “Bu baxımdan, ümumi istehlakda yerli istehsalının payının artırılması prioriteti daha da aktuallaşır. İdxal infilyasiyanın minimumlaşdırılması üçün yerli istehsalın genişləndirilməsi olduqca vacibdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168789

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930