Şərifovun bacısı qızı, keçmiş nazirin yaxın adamı… – Səs yazısı yayılan direktorla bağlı yeni məlumatlar

17.12.2021 - 09:43

Bakıda səs yazısı yayılan məktəb direktoru ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Xatırladaq ki, “ARB” televiziyasında efirə verilən səs yazısında təhsil müəssisəsinin rəhbəri müəllimlərə toplanmalı olan vəsaitin gecikdiyini xatırladır və açıq şəkildə təzyiq göstərərək bu işi tezləşdirməyi tapşırır. Qeyd olunur ki, müəllimlərin vatsap qrupunda paylaşılan səsdə Valideyn-Məktəb Assosiasiyasının (VMA) üzvlük haqlarının yığılması tələb olunur. Daha sonra direktor sinifləri sadalayaraq sinf rəhbərlərinə deyir ki, pulları öz cibinizdən ödəyin, daha sonra valideynlər yığıb qaytarar.

 

 

Səs yazısı Bakı şəhər 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyrah Kuliyevaya məxsusdur. Məlumatlı mənbə “AzPolitika.info”-ya bildirib ki, o, Baş nazirin keçmiş müavini Abid Şərifovun bacısı qızıdır. Həmçinin keçmiş təhsil naziri Misir Mərdanovun da ən yaxın adamlardan biri olub.

Mənbə qeyd edib ki, C.Kuliyevanın haqqında bəhs etdiyi Valdeyin-Məktəb Assosiasiyası tamamilə qeyri-qanuni qurumdur və məktəblərdə pul toplayıb direktorlarla bölüşdürmək üçün yaradılıb.

Xatırladaq ki, Bakı Şəhərə Təhsil İdarəsi səs yazısının Ceyran Kuliyevaya məxsus olduğunu təsdiq edib və onun haqqında araşdırma aparıldığını açıqlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168808

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031