Maaşları artan təhsil işçiləri: bağça tərbiyəçiləri, müəllimlər, psixoloqlar, kitabxanaçılar, texniklər – SİYAHI

18.12.2021 - 11:59

Prezident İlham Əliyevin dünən imzaladığı yeni iki sərəncamla təhsil işçilərinin əməkhaqları artırılıb.

Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40% artırılır.

Həmçinin, 2022-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır.

Təhsil Nazirlyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun bildirdiyinə görə, 255 min təhsil işçisinin maaş artımına təxminən 330-350 milyon manat sərf olunacaq.

O, maaşı artacaq təhsil işçilərini aşağıdakı kimi qruplaşdırıb:

“Orta təhsil müəssisələrində çalışan- 6 min 800 nəfər;

Peşə təhsilində çalışan – 5 min nəfər;

Mərkəzləşdirilmiş mühasibat sistemində çalışan -1134 nəfər;

Ərazi maliyyə hesablaşmalar mərkəzində çalışan-154 nəfər;

Məktəbdənkənar təhsil sistemində çalışan – 8 min 700 nəfər;

Metodkabinetlərdə çalışan- 800 nəfər;

Təsərrüfat qruplarında çalışan- 325 nəfər;

Toplam olaraq 255 min nəfərin maaşı orta hesabla 20 faiz artacaq”.

C.Valehov məktəblərdəki uşaq birliyi rəhbərləri və psixoloqların da maaşının 20 faiz artacağnı qeyd edib:

“Bundan başaqa, xüsusi təhsil müəssilərində artım daha çox olacaq – 1400 müəllimin maaşı 50 faiz artacaq.
Məktəblərdəki texniki işçilərin, kitabxanaçıların da maaşı avtomatik olaraq artacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168862

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930