“BAHALAŞMANI HİSS ETMİRƏM…” – Misir Mərdanov hələ də “başqa aləmdə” yaşayır

23.12.2021 - 16:49

“Səmimi deyim ki, bahalaşmanı hiss etmirəm. Gedirəm nə alıramsa, torbalara qoyurlar, qiymətini çekə yazırlar, pulunu hesablayırlar, mən də verirəm. Bəlkə də bahalaşma var e, demirəm ki, yoxdur. Bəlkə də aldığım məvacib yüksəkdir deyə, mən bahalaşmanı hiss etmirəm. Eşidirəm ki, camaat deyir, hər şey bahalaşır. Ancaq öz üzərimdə açığını deyim ki, hiss etmirəm”.

Bu sözləri sabiq təhsil naziri, Mexanika və Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanov “Qafqazinfo”-ya müsahibəsində deyib.

Sabiq nazir bu fikri ilə bir daha Azərbaycandakı yüksək vəzifəli məmurların hər cəhətdən tamamilə başqa bir aləmdə – “yağ-bal içərisində”, əhalinin real güzəranından, problemlərindən, dərdlərindən bixəbər yaşadıqlarını təsdiqləmiş olur. Həm də təsdiqləmiş olur ki, iri vəzifəli məmur qətiyyən quru maaşla dolanmayıb, dolanmır və dolanmayacaq da. Belə olmasaydı, hazırda institut direktoru maaşı Misir Mərdanova mütləq bahalaşmanı hiss etdirərdi. Çünki ən yaxşı halda 1500-2000 manat olan bu əməkhaqqı bazar-dükandakı günbəgün, saatbasaat artan qiymətlərin qarşısında qətiyyən tab gətirə bilməzdi. Xüsusilə də nəzərə alsaq ki, Mərdanov uzun illər nazir həyatı yaşayıb və bu həyat tərzini dəyişmək elə də asan deyil…

Heç kimə sirr deyil ki, təhsil naziri vəzifəsində işlədiyi 15 ildə Misir Mərdanov “bünövrəsini” yaxşıca tutub. Təhsil o vaxt-bu vaxt yetim, ac-yalavac vəziyyətinə salınsa da, əsas odur ki, Misir müəllimin, necə deyərlər, varına var, puluna pul, obyektinə obyekt, bir sözlə, kefinə kef çatmayıb. Belədə, əlbəttə ki, kasıb-kusub hər qəpiyin hesabını aparmaq məcburiyyətində qalanda, ailəsini yarı ac – yarı tox saxlayanda, ölkənin ən korrupsiyalaşmış sektoruna rəhbərlik etmiş Mərdanov kimilər də nə bahalşma, nə ehtiyac, nə də qıtlıq hiss edəcəklər…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168985

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031