Kriptovalyuta – asan qazanc, asan itkidi

25.12.2021 - 14:27

Zaman keçdikcə pul inkişaf edən texnoloji nailiyyətlər sayəsində yeni və daha geniş imkanlara malik ödəniş vasitəsinə çevrilir. Bunlardan biri də kirptovalyutalardır. Kriptovalyuta virtual valyutanın bir növü olmaqla bərabər, həm də elektron ödəniş vasitəsidir.

 

Kriptovalyuta hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən aslı deyil və heç bir qurum tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası (əsasən ABŞ dolları) ilə mövcud bazar məzənnəsinə uyğun mübadilə edilə bilir. Bir başa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə valyuta sistemi ilə əlaqəli deyil. Kriptovalyuta sektoru əslində çox kiçik görünsə də, olduqca böyük bir sahəni əhatə edir.

 

Hazırda həm dünyada, həm də ölkəmizdə sürətlə yayılan virtual valyuta adlanan kriptovalyutada aldanmamaq üçün insanlar nəyə diqqət etməlidir? Ümumiyyətlə, bu valyuta növü ölkəmizdə hansı dərəcədə istifadə olunur?

 

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli deyib ki, kriptovalyutada insanları cəlb edən əsas məsələ tez və asan qazanc əldə etmək ehtirasıdır:

 

“Qonşu Türkiyədə 3 milyona yaxın insan kriptovalyuta bazarında aktiv iştirakçıdır. Düzdü, Azərbaycanda bu qədər yayılmasa da, insanlar artıq kriptovalyutadan yaxından maraqlanırlar. Burada əsas məsələ tez və asan qazanc əldə etmə ehtirasıdır. Çünki kriptovalyutalar həddindən artıq dalğalı və söz, xəbər axınlarına bağlı olan bir aktivdir. Onların dayağı, dəyərləri o qədər də güclü deyil. Sadəcə xəbər axınlarına bağlıdır. Beynəlxalq mediada çıxan xəbərlərdən qiymətin artması və azalması baş verir. Çox böyük dalğalar yaranır. Bu yaxınlarda 64 min dollara qədərə bahalaşan bitcoin, sonradan 46 min dollara qədər düşdü. Belə hallar tez-tez baş verir”.

 

İqtisadçı ən təhlükəli tərəf kimi mərkəzləşdirilmiş qaydaların olmadığını vurğulayıb:

 

“Birinci növbədə kriptovalyuta ilə maraqlananlara məsləhət ondan ibarət ola bilər ki, bu sahədə ciddi şəkildə öyrənən, xəbər axınlarına diqqət edən, dünyadakı kriptovalyuta bazarı haqqında məlumatı olan insanlar bununla məşğul olsalar daha yaxşı olar. Çünki itkilərinin qarşısını almış olarlar.

 

Amma çox təəssüf ki, çox zaman insanlar bilmədən, öyrənmədən bu sahəyə yatırım etmiş olurlar. Çox zaman bu yatırımda uduzurlar. Çünki kifayət qədər dalğalıdır. Bitcoindən söhbət gedirsə, bir gün ərzində 5-6 min bahalaşa da bilər, 5-8 min arası dəyərdən də düşə bilər. Ona görə də insanlar diqqətli olmalıdırlar.

 

Bu sahədən başı çıxanların məşğul olması daha yaxşıdır. Kimlərinsə məsləhətinə qulaq asıb, bu sahəyə yatırım etmək sonda onların pul itirməsi ilə nəticələnə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169080

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930