Yeni il süfrəsində bunlara DİQQƏT EDİN!

25.12.2021 - 14:36

Yeni ilin gəlməsinə bir neçə gün qalır. Sözsüz ki, bayram günü hər kəs süfrəsini müxtəlif, dadlı təamlarla bəzəmək istəyir. Lakin bu süfrədəki təamlardan elə dadmaq lazımdır ki, bayram və tətil günlərindən sonra xoşa gəlməz hallar olmasın. Bunun üçün də dietoloqlar bayram süfrələrində balanslı və nizamlı qidalanmağı məsləhət görür.

 

Dieotoloqların bayram günlərindəki məsləhətlərini təqdim edirik.

 

Yeni il süfrəsində aclıq hissini idarə edə bilmək ən vacib məqamlardan biridir. Yalnız aclıq səbəbindən deyil, gecənin əhval-ruhiyyəsinə qapılaraq həddindən artıq yemək səhəri gün ishal, mədə bulanması, qida zəhərlənməsi, köp, həzmsizlik və qan şəkərinin yüksəlməsi kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Yeni il süfrələrində bitənə qədər yeyilən, kiçik olsa da, enerji dəyəri yüksək olan çərəzləri yeyərkən diqqətli olun. Kiçik bir qabın içinə qoz, fındıq, fıstıq, badam, quru ərik, kişmiş kimi çərəzlərin hərəsindən bir neçə dənə qoymaqla müəyyən pay edilməli və az-az, fasilə ilə yeyilməlidir.

 

Dietoloqlar bildirir ki, bütün təamlardan az-az yemək vacibdir. Bununla yanaşı müəyyən saatdan sonra yeməyi dayandırmaq şərtdir. Axşam yeməyinə əvvəlcə yüngül bir şorba və ya pendir, pomidor, xiyar və qatıqla hazırlanmış salatla başlamaq olar. Qırmızı ət əvəzinə daha az yağlı balıq, hinduşka və toyuq əti seçin. Ana yeməyin yanında sobada və ya buxarda bişirilmiş tərəvəzlər, zeytun yağı ilə hazırlanmış tərəvəz salatı yeyilə bilər.

 

Dieotolaqlar qeyd edir ki, Yeni il süfrəsində xəmirli şirniyyatlar əvəzinə südlü və ya meyvəli şirniyyatlara üstünlük verilməlidir.

 

Süfrədə məzə və yemək növləri çoxdursa, hər birindən ən çox 1-2 qaşıq yeyilməlidir. Plov və ya makaron varsa, çörəkdən imtina etmək şərtdir. Bundan başqa bayramda yediklərimizi rahat həzm etmək üçün qatıqdan istifadə edə bilərik. Bildiyimiz kimi qatıq probiotikdir. Bu maddə isə mədə bağrsaq sistemi üçün əvəzolunmaz qidadır. Bayram süfrəsindən qalmış yeməklərdən sonradan istifadə etmək düzgün deyil. Xörəklər süfrədə bir-iki saat qaldıqdan sonra onun içərisində zərərli bakteriyalar yaranır. Bu da zəhərlənmələrə səbəb ola bilər. Xörəklərin az miqdarda hazırlanması və istifadəsı daha məsləhətlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169084

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930