Zəfər Amnistiyası 3369 nəfərə TƏTBİQ EDİLİB

“Noyabrın 5-də Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktından iki aya yaxın vaxt keçib. Bu müddət ərzində Ədliyyə Nazirliyinin Penitensiar Xidmət üzrə 3369 nəfərə Amnistiya aktı tətbiq olunub”.
Bu fikirləri açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Ə.Nuriyev deyib ki, iki ay müddətində bu qədər insana Amnistiya aktının tətbiqi böyük göstəricidir:
“Proses hələ də davam edir. 4 ayın sonuda bu akt 5500 nəfəri əhatə edəcək. Artıq bunun üçdə ikisi tətbiq olunub. Amnistiya aktı tətbiq olunan məhkumun şəxsi işləri diqqətlə öyrənilir”.
“Ümid edirəm ki, Amnistiya aktı 4 aya deyil, daha tez müddətə başa çatacaq”, – deyə Ə.Nuriyev bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=169117