Çörək sonuncu dəfə 6 il əvvəl bahalaşmışdı – Nə baş vermişdi?

06.01.2022 - 16:35

Çörək sonuncu dəfə 6 il əvvəl bahalaşmışdı - Nə baş vermişdi?

Azərbaycanda digər qida məhsullarından fərqli olaraq çörəyin qiymətində dəyişikliyə tez-tez rast gəlinmir. Xüsusən də “zavod” çörəyi kimi tanınan dairəvi çörəklərin qiymətində az hallarda artım baş verir.

“zavod” çörəyi sonuncu dəfə 6 il əvvəl bahalaşıb. Devalvasiyadan sonra xaricdən gətirilən malların manatla ifadədə dəyəri kəskin artdığından “zavod” çörəyi də bahalaşdırılmışdı. Həmin dövrdə 40 qəpiyə satılan 650 qramlıq “zavod” çörəyinin qiyməti 10 qəpik artırılaraq 50 qəpiyə çatdırılıb.
2016-cı ilə qədər isə “zavod” çörəyinin dəyəri 2010-cu ildə artırılmışdı. 2010-cu ildə də dairəvi çörək 10 qəpik bahalaşdırılmışdı.
Qeyd edək ki, son 6 ildə “zavod” çörəyinin ədəd qiyməti artmasa da, satılan məhsulun çəkisində azalma müşahidə edilirdi. Bununla faktiki olaraq qiymət artımının baş verməsinin qarşısı alınırdı.
Lakin rəsmi statistikada çörəyin dəyəri ədədlə yox, çəki ilə müəyyənləşdirildiyindən “zavod” çörəyinin qiymətindəki artımı aşkar etmək olurdu. Belə ki, 2016-cı ildə buğda unundan bişirilən 1 kiloqram çörəyin qiyməti 65 qəpik olduğu halda, 2021-ci ilin sonunda qiymət 90 qəpiyə yüksəldi. Müqayiyə olunan dövrdə çörəyin qiyməti 38,5 faiz artıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169269

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930