Sabiq deputat şagirdə şillə vuran direktorun müdafiəsinə QALXDI

07.01.2022 - 11:51

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın iki şagirdi tənbeh etməsi sosial şəbəkələrdə hay-küyə səbəb olub. Direktorun şagirdlərlə davranışını əks etdirən videogörüntünün ictimailəşdirilməsi də birmənalı qarşılanmayıb.

 

Zinyət Əhmədovanın şagirdə yüngül şillə vurması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat aparılmasını alqışlayanlarla yanaşı, buna kəskin etirazını bildirənlər də az deyil.

 

Sabiq deputat Gülər Əhmədova direktoru qınayanlara etiraz edib. O, polisin işə qarışması ilə də razılaşmadığını vurğulayıb:

 

“9 nömrəli məktəbin direktoru özündən bir baş da hündür şagirdə bir şillə vurub. İsə polis qarışıb… Etməyin, eləməyin. Vallah, bu bekar adamların axmaq oyunları bizim ölkədə  hüquq- mühafizə orqanlarını da cas- baş qoyub. Bu gün Azərbaycanda insanlar öz əli ilə külli miqdarda pul verir, İngiltərədə, nə bilim daha harada qapalı məktəblərə oxumağa uşaq göndərir ki, adam olsun. O bahalı qapalı məktəbdə telefon olmaz, dərsdən çıxmaq olmaz, uzun sac olmaz, formasız gəlmək olmaz, qalstukun əyri dura bilməz, bir sürü olmaz var! Siz neyləmək istəyirsiniz, anlamadım… Narkomaniya tüğyan edir, cinsi bilinməyən savadsız “fenomenlər”, “bloqer-mloqerlər”, dini təriqətlər… ara qarışıb, məzhəb itib. Normal bir yer qalıb: Məktəb!!!

 

Yazıq müəllimlər hamının yaydığı zibili gənc beyinlərdən təmizləyir, yerinə ədəb, ərkan, mərifət-qanacaq, təhsil qoymaq istəyir. Polisə verirsiniz. Siz, müəllimi polisə verənlər, sizə deyirəm, axırıncı dəfə neçə yeniyetmə ilə bağlı bir xeyirxah iş görmüsünüz, halını sormusunuz, dərsləri ilə maraqlanmısınız, hansı kitabı alıb hədiyyə etmisiniz, tərbiyəvi söhbət aparmısınmız?

 

Küçədə balaca uşaqlar yanınızda siqaret çəkir, yanından düz keçirsiniz, söyüş söyən yeniyetmə görürsünüz, kar olursunuz, daha nələr danışım, yazım… Camaat, ağlınız olsun, bir az düşünüb hərəkət edin. Müəllimə hörmət edin. Məktəbə məbəd kimi baxın! Muəllimə ürək verin ki, o da sizin balanızı öz balası kimi tərbiyə etsin. Yoxsa, özgə balası kimi baxsa, batacağıq!”.

Short URL: http://www.cumhuriyyet.net/?p=169289

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728