Uşağın döyüldüyü bağçada TƏHQİQAT -Tərbiyəçi 3 uşaq anasıdır

14.01.2022 - 10:26

Ötən gün sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən videogörüntülər böyük müzakirələrə səbəb olub.

Hadisənin bu həftə İsmayıllı rayonunda yerləşən 1 saylı Körpələr evi-uşaq bağçasında baş verdiyi məlum olub.

 

Videogörüntüdə tərbiyəçi foto çəkmək üçün azyaşlının başına vuraraq, azyaşlıdan çörəyi ağzında tutmasını istəyib. Uşaq da buna əməl etməyincə, tərbiyəçi öz “üsulu”na əl atıb.

 

“Instagram” sosial şəbəkəsində sözügedən uşaq bağçasında bütün uşaqların yemək zamanı çəkilmiş şəkilləri  kifayət qədərdir. Digər uşaqların da fotolarını tərbiyəçinin “əl”indən keçmədiyi insanlarda şübhə yaradıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır:

 

“Müvafiq sorğu və izahat işləri aparılır. Üç yaşlı uşağı vuran bağçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək”Bağçada uşağı döyən müəllim.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169461

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31