Azərbaycanda kiçik ölçülü çörəklər istehsal edilsin -TƏKLİF

15.01.2022 - 13:06

Çörəyin və unun qiymətinin bahalaşması sosial şəbəkələrdə geniş müzakirə olundu.

 

Bu müzakirələrdə bir çoxları  təklif edir ki, çörəyin qiymətini artırmaqdansa, onun formasını və çəkisini dəyişmək daha uyğun olardı.

 

Necə ki, bir çox xarici ölkələrdə həm qənaət etmək, həm də israfçılığın qarşısını almaq üçün çörəklər kiçik ölçülərdə, hətta dilimlərlə satılır.

 

Bu baxımdan Azərbaycanda da azçəkili, daha kiçik ölçülü çörəklərin istehsal olunması həm israfçılığın qarşısını alar, həm də insanların büdcəsinə ciddi təsir göstərməz.

 

Bu barədə  danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əslində Azərbaycanda uzun illərdir ki, çörəyin qiymətinin sabit saxlanılmasını çəkini azaltmaqla mümkün olub.

 

Onun sözlərinə görə, son zamanlar dünya bazarlarında taxılın, unun qiymətinin kəskin artması artıq bu yolu mümkünsüz etdi:

 

“Hökumətin un istehsalçılarına datasiyaları var idi. O datasiyalar yanvarın birindən ləğv edildi. Nəticə etibarı ilə bu unun, çörəyin bahalaşmasına gətirib çıxardı. İndi çəkini aşağı salaraq, çörəyi ucuzlaşdırmaq məsələsi ilə bağlı problemlər var.  Təndir və zavod çörəklərində çəki artıq o həddədir ki, ondan da aşağı salmaq texnoloji olaraq mümkün deyil.

 

Bu zaman çörəyin bişirilməsində problem yaranacaq. Məhz zavod çörəyi dediyimiz dairəvi çörəyin çəkisi ilə bağlı isə bəlli standartlar var. Bu standartlar Nazirlər Kabineti tərəfindən təsdiqlənir”.

 

Ekspert qeyd edib ki, əhalinin çox hissəsinin istifadə etdiyi zavod çörəyinin formasının dəyişilməsi və çörək istehsalçıların cərimələnməməsi üçün bu standartlarla bağlı yeni qərar qəbul olunmalıdır:

 

“Yeni qərarlar istehlaçıları hansısa bir formada cəzalandırmağın mümkün olmaması üçün önəmlidir. Bu qərar çörək istehsalçıları ilə hökumət, Nazirlər Kabinetinin birgə müzakirələri nəticəsində qəbul oluna bilər. Amma texnoloji olaraq elə həddə olmalıdır ki, çəkinin aşağı salınması çörəyin keyfiyyətinə və insan sağlamlığına zərər vurmasın”.

 

N.Cəfərli bildirib ki, özəl sektor və ya təndir çörəklərinin istehsalında bunu etmək mümkündür:

 

“Amma zavod çörəyi  ilə bağlı Nazirlər Kabinetinin bəlli qərarı var. Bu qərar bəzi kiçik özəl çörək sexlərinə aid deyil. Bakı şəhərində səhv etmirəmsə, 6 iri çörək zavodu var və onlar Nazirlər Kabinetinin müəyyən etdiyi çörək standartlarını istehlakçıya təqdim edirlər”.

 

Qeyd edək ki, bir müddət öncə Azərbaycanda çörəyin qiyməti bahalaşıb. Rəsmi olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 65 qəpikdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169512

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930