Martda attestat alan şagird niyə iyuna qədər məktəbə gedir?

17.01.2022 - 11:34

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur.
Beləliklə, 11-cilər attestat əldə etmək üçün martda buraxılış imtahanı verəcəklər. Məktəblər isə iyun ayının 14-nə kimi tədrisi davam etdirəcəklər.

 

Artıq attestat imtahanı verən şagirdin məktəbə getməsinə gərək qalmır… Həmçinin, dövlət büdcəsindən mart-iyun üçün məktəblərə ayrılan vəsaitin aqibəti də sual doğurur.

 

Bu haqda açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti İlqar Orucov bildirib ki, mart ayında keçiriləcək imtahanlar mart ayına qədər təhsil proqramının məzmunu əhatə edəcək suallara hesablanmış imtahandır.

 

Onun sözlərinə görə, mart ayından iyun ayının 15-ə qədər proqram məzmununu əhatə edən mövzular Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarında abituriyentlərin biliklərinin qiymətləndirilməsində istifadə olunacaq:

 

 

“Azərbaycanda təmayülləşməyə keçid təmin olunduqdan sonra 9-cu sinifdən sonra 10-11-ci siniflərdə təhsil almaq imkanları əldə etmiş şagirdlər artıq birbaşa universitetlərə daxil olmaq üçün təhsil alırlar. Mart ayında buraxılış, attestat imtahanı verəcək şəxslərin 300 ballıq nəticəsi mart ayına qədər keçirilmiş proqram məzmunlarını özündə əhatə edəcək imtahanların nəticəsində formalaşır. Bu onu göstərir ki, mart ayından iyunun 14-nə qədər müddəti əhatə edəcək proqram məzmunundakı mövzular DİM-in keçirəcəyi qəbul imtahanlarında öz əksini tapır. Bu müddət ərzində proqramda olanlar qəbul imtahanının nəticələrini əhatə edəcək suallarda əks olunacaq. Burada hansısa problemin olduğunu düşünmürəm və bu müddət boş-boşuna keçirilmir”.

 

İ.Orucov söyləyib ki, əslində bir çox ölkələrdə universitetlərə qəbul olunmaq üçün əlavə imtahanlar keçirilmir:

 

“Yəni, attestat imtahanlarının nəticələri kifayət edir ki, abituriyent universitetə qəbul olunsun. Bir neçə il öncəyə qədər ölkədə attestat imtahanlarını DİM keçirmirdi. Orta məktəblər özləri edirdilər. Ümid edirəm ki, bir neçə ildən sonra da attestat imtahanlarının nəticələri ilə ali məktəblərə qəbul reallaşacaq. Hazırkı dövrdə mart ayından iyun ayının 14-ə qədər keçiriləcək təhsil heç də mənasız yerə deyil. Bu təhsil müddətində keçirilən məzmunun qiymətləndirilməsi qəbul imtahanlarında öz əksini tapacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169548

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930