MEDİA bu saytlara pul ayırdı – SİYAHI

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
Bu barədə qurumdan məlumat verilib.
Bütövlükdə 39 onlayn media subyektləri müsabiqəninq alibləri olub. Onlardan 32-si ictimai-siyasi, 7-si isə idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləridir. Müsabiqənin qalibləri olan veb-saytlara MEDİA tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.
Bundan əlavə, qurum tərəfindən çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri də məlum olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=169633