Polis idarələrindəki vətəndaş qeydiyyatları LƏĞV OLUNDU

25.01.2022 - 11:33

Daxili İşlər Nazirliyi polis orqanlarında vətəndaşların müvəqqəti qeydiyyatının ləğv olunmasının səbəbini açıqlayıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitəsilə və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır:

 

“Evlənmə-boşanma, hərbi səfərbərlik və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis idarəsinə sorğular daxil olanda bəzi “neqativ hallar” müşahidə olunurdu. Polisdə müvəqqəti qeydiyyatda olan adamları lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin də məqsədi bu cür halların qarşısının alınması üçündür”.

 

DİN rəsmisi qeyd edib ki, heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis idarəsinə müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər6

 

“Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169751

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930